Kriminal yazar azadlığa buraxıldı
Movqe.az-a danışan E. Malıyev hazırda azadlıqda olduğunu onun azadlığa çıxmasına dəstək olan bütün həmkarlarına, başda Qadir İbrahimli olmaqla hərkəsə minnətdar olduğunu, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevə təşəkkür etdiyini söyləyib: "İndi ailəmin yanındayam. Mənə dəstək olan, həbsdə olduğum müddətdə məni tək qoymayan bütün həmkarlarıma minnətdaram".
E. Malıyev bundan sonra jurnalist fəaliyyətini davam etdirəcəyini söyləyib. Qeyd edək ki, "Ekspress” qəzetinin sabiq kriminal yazarı Elman Malıyev 2010-cu ilin iyununda tutularaq, 5 il müddətinə azadlıqdan məhrum edilib. Onu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham ediblər.
Teqlər: