AzVision.az-ın məlumatına görə, müdafiə nazirimiz gürcü həmkarı İrakli Alasaniya tərəfindən qarşılanıb. Qarşılama mərasimində Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Rəsmi mərasimdən sonra hər iki müdafiə naziri görüş keçirəcək. Daha sonra təşkil olunacaq brifinqdə İrakli Alasaniya və Zakir Həsənov jurnalistlərin suallarını cavablandıracaq.
Növbəti gün Zakir Həsənov, İrakli Alasaniya ilə birgə Batumiyə səfər edəcək. Onlar burada polis günü ilə əlaqədar tədbirdə iştirak edəcək. Elə həmin gün Zakir Həsənovun Gürcüstana səfəri başa çatacaq.