Atambayevdən İlham Əliyevə təbrik

Atambayevdən İlham Əliyevə təbrik
  29 May 2014    Oxunub:993
Qırğız Respublikasının Prezidenti Almazbek Atamabayev azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda qeyd edilir:

-Möhtərəm İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizi əmin etmək istəyirəm ki, Azərbaycanın timsalında öz etibarlı dostunu və müttəfiqini görən Qırğız Respublikası qarşılıqlı hörmətə və etimada əsaslanan hərtərəfli Qırğızıstan-Azərbaycan əməkdaşlığının daha dinamik inkişafına və möhkəmlənməsinə çalışacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh, həmrəylik və rifah diləyirəm.



Teqlər:  





Xəbər lenti