Zakir Həsənov: “Liderlərimizdən tapşırıqlar almışıq”

Zakir Həsənov: “Liderlərimizdən tapşırıqlar almışıq”
  29 May 2014    Oxunub:1316
“Biz öz liderlərimizdən əməkdaşlığımızın daha da məhsuldar olması üçün tapşırıqlar almışıq”.
AzVision.az xəbər verir ki, bu sözləri Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənov həmkarı İrakli Alasaniya ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkələr arasında dərin tarixi əlaqələr var:
“Azərbaycan və Gürcüstan geniş iqtisadi əlaqələri malikdir. Əlaqələrimiz demək olar ki, bütün istiqamətlər üzrə hərəkət edir. Biz ərazi bölüvlüyümüzü tanıdığınız üçün sizə öz minnətdarlığımız bildiririk. Bizim ölkələr arasında hər bir sahədə olduğu kimi müdafiə sahəsində yaxşı əlaqələrimiz var. Biz öz liderlərimizdən əməkdaşlığımızın daha da məhsuldar olması üçün tapşırıqlar almışıq”.

Z.Həsənov həmçinin, Azərbaycan və Gürcüstan arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanın olduğunu bildirib: “Hərbi, hərbi texniki və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi yaxşı potensial var. Mənim dostum, qardaşım İrakli Alasaniya bildirdi ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı sahəsində də böyük imkanlarımız var. Biz bu istiqamətdə üzrə işləyəcəyik. Əminəm ki, bu, hər üç dövlətin xeyrinə olacaq”

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti