“Məqsədimizə çatdıq..” – 1 yaşlı APA TV

“Məqsədimizə çatdıq..” – 1 yaşlı APA TV
  29 May 2014    Oxunub:3056
“Bu gün Azərbaycan internet məkanında təqribən 600 minlik auditoriya varsa, biz o auditoriyanın 95 faizini öz tamaşaçımıza çevirə bilmişik”.
Bu gün 1 yaşı tamam olan “APA TV”nin baş direktoru Vüqar Məsimoğlu rəhbərlik etdiyi televiziya ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.

O, qeyd edib ki, APA TV 1 il ərzində qarşısına qoyduğu bütün məqsədlərə çatıb.

“Televiziya yarananda məqsədlər böyük idi: taktiki, strateji hədəflərə çatmaq- stabil, mobil televiziya komandasını formalaşdırmaq. Bu gün həmin peşəkar komanda formalaşıb və “APA Holding”ə daxil olan digər resurslarla yanaşı özümüz üçün bir stabil auditoriya təmin edə bilmişik. Deməli, bu bizim uğurumuzdur”.

V.Məsimoğlu televiziyanın baxış sayının nə qədər olduğunu da gizlətməyib: “Aylıq baxış sayımız 8-10 milyon arası dəyişir, amma fərdi istifadəçi sayımız 500 mindən artıqdır. Son rəqəmi isə bir qədər əvvəl dəqiqləşdirdim, 518 min son bir ayda fərdi istifadəçimiz olub. Üzümüzə gələn illər ərzində qarşıya qoyduğumuz məqsədlər var və bu məqsədlərə də nail olacağıq. Yeni layihələrimiz olacaq”.

“APA TV” nin ad gününün xüsusi qeyd olunmaq mərasiminə gəlincə V.Məsimoğlu bildirdi ki, bütün kollektivin işçiləri üçün həftəsonu xüsusi qeyd etmə proqramı nəzərdə tutulub.

AzVision.az kollektivi olaraq həmkarlarımızı təbrik edirik.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti