Deputatın səhhətində problem yarandı

Deputatın səhhətində problem yarandı
  29 May 2014    Oxunub:986
Millət vəkili Vahid Əhmədov səhhətində yaranan problemlə bağlı xaricə gedib. Bu barədə AzVision.az-a deputatın oğlu məlumat verib.
Onun sözlərinə görə, V.Əhmədov gələn həftə Azərbaycana qayıdacaq:

“Vahid müəllim səhhəti ilə bağlı xaricə müalicəyə gedib. Gələn həftənin birinci, ya da ki ikinci günü Bakıda olacaq”.

AzVision.az saytı daha sonra deputatla əlaqə saxlaya bildirib. Hazırda Türkiyədə olduğunu deyən millət vəkili səhhətində ciddi problem olmadığını deyib.

“Narahat olmayın, elə ciddi problemin yoxdur. Hazırda Türkiyədəyəm. Hər il ildə bir dəfə gəlirəm. Özümü yaxşı hiss edirəm hazırda”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti