Mədət Quliyevin işçisindən narkotik həb tapıldı

Mədət Quliyevin işçisindən narkotik həb tapıldı
  29 May 2014    Oxunub:989
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təcridxananın Tibb-sanitar hissəsinin feldşeri, tibb xidməti leytenantı Namiq Nağı oğlu Sultanovun müəssisəyə daxil olan zaman üzərindən 400 ədəd “Tramadol” həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti