Sabah qəbul imtahanı keçiriləcək

Sabah qəbul imtahanı keçiriləcək
  29 May 2014    Oxunub:946
TQDK Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirir.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, qəbul haqda məlumatlar KİV-də dərc edilib. əbul elanı və bununla bağlı bütün məlumatlar, o cümlədən müsabiqə şərtləri TQDK-nın rəsmi internet səhifəsində - www.tqdk.gov.az yerləşdirilib.

Azərbaycan vətəndaşlarının bakalavriatura səviyyəsində MDBƏİ-də təhsil alması üçün 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat TQDK-da aparılıb. MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 8 nəfər qeydiyyatdan keçib. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olub çap edib götürürlər.

İmtahan nəticələri həmin gün - mayın 30-da Komissiyanın internet səhifəsində yerləşdiriləcək.

Müsahibə TQDK-da 2014-cü il iyunun 2-də saat 15:00-da keçiriləcək.


Teqlər:





Xəbər lenti