Mehriban Əliyeva UNESCO yetkilisilə görüşüb
Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, digər ölkələrdə də UNESCO ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Mehriban Əliyeva əminliklə vurğuladı ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək və yeni layihələr reallaşdırılacaq.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Hao Pinq UNESCO-nun baş direktoru İrina Bokovanın və təşkilatın xüsusi elçisi, Çinin birinci xanımı Pen Liyuanın salamlarını Mehriban Əliyevaya çatdırdı.
Hao Pinq Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun UNESCO ilə birgə elm, təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələrlə əlaqələrin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırdı.