Milli Məclisin sonuncu iclasıdır - Gündəlik

Deputatlar Azərbaycan Respublikasının Cinayət, Vergi, İnzibati Xətalar məcəllələrində, “Su təchizatı və tullantı suları haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihələrini də nəzərdən keçirəcəklər.
Həmçinin “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsinə baxılacaqdır.