Gülər Əhmədovaya qadağa qoyuldu

Gülər Əhmədovaya qadağa qoyuldu
  30 May 2014    Oxunub:969
Sabiq deputat, mayın 5-də həbsdən şərti azadlığa buraxılan Gülər Əhmədova müalicə olunur.
Bu barədə G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov bildirib.

Onun sözlərinə görə, xüsusən ürək xəstəliyindən əziyyət çəkən G.Əhmədova həm də əsəblərini müalicə etdirir: “Bilirsiz ki, əsəb elə şeydir ki, bir çox orqanlara ziyan vurur. İndi də Gülər xanıma sistem köçürülür. Həkimlər daha çox istirahətə vaxt ayırmağı və əsəbiləşməməyi tövsiyə edir. Ona görə də Gülər xanım mətbuata çıxmır, ictimai həyatda görünmür”.

F.Əhmədovun sözlərinə görə, axşam gəzintiləri, maksimum çox təmiz hava almaq və uşaqları ilə ünsiyyət G.Əhmədovaya müsbət təsir edir: “Onun əsəblərini uşaqları sakitləşdirir. Xüsusən də balaca oğlumuz Tamerlanla söhbət etmək, ünsiyyət qurmaq ona müsbət təsir göstərir”.(Müsavat)


Teqlər:  





Xəbər lenti