86797 şagird məktəbə `əlvida` dedi

86797 şagird məktəbə `əlvida` dedi
  30 May 2014    Oxunub:1087
Bu il XI sinifləri 86797 şagird bitirəcək.
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək.

Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq.

2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir.

Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti