İclas başladı, deputat amnistiya təklif etdi

Daha sonra çıxış edən İqbal Ağazadə prezidentin əfv sərəncamından danışıb. O bu fərmana görə İlham Əliyevə təşəkkür edib. Millət vəkili bildirib ki, bu əfv sərəncamından insanların gözləntisi böyük idi:
“İsmayıllı hadisələrinə görə həbs olunan Tofiq Yaqublu, İlqar Məmmədov, eləcə də ictimai-siyai həyatda tanınan bəzi şəxslərin həbsdən azad edilməsini hər kəs gözləyirdi. Amma onlar yenə də həbsdə qaldı. Bu gün yaz sessiyasının sonuncu iclasıdır. Amma gələn ay bizim yenə iclaslarımız olacaq. Mən təklif edərdim ki, bu insanlarla bağlı amnistiya qəbul edilsin, həmin şəxslər həbsdən azad olsunlar”.