Spikerdən mətbuata sərt tənqid: “Tərifləri yazmırlar...”

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
Parlament sədri bildirib ki, AŞPA-nın sədri A. Brösser çıxışına başlayan kimi Azərbaycana hücum etdi: “Onların beyni o qədər doludur ki, dərhal bizə qarşı qərəzli mövqedən çıxış edirlər”.
Spiker daha sonra yerli mətbuatdan narazılığını bildirib. “Yeni Azərbaycan” qəzetindən başqa heç bir mətbuat orqanında o qadının söylədiyi fikirlər yer almadı. Azərbaycanın mövqeyini dəstəkləyən, yaxud da Dağlıq Qarabağ məsələsində ölkəmizin yanında olması ilə bağlı səsləndirilən fikirləri heç bir jurnalist yazmadı. Ancaq bir kəlmə deyildi ki, Azərbaycanda insan hüquqları pozulub, dərhal bütün mətbuatda bu barədə yazılar dərc olundu. Azərbaycanın əleyinə olan yazıları mətbuat həmin dəqiqə yazır, amma tərifləri yox. Tənqidlə yanaşı, tərifləri də verə bilməliyik”