Bulvarda attraksionlar pulsuz olacaq

Bunu Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. O, qeyd edib ki, attraksiyonlar 15 yaşına qədər uşaqlara pulsuz xidmət göstərəcək:
“Milli Park həmin gün gücləndirilmiş iş rejiminə keçəcək. Həmin gün səhər saat 09:00-dan günorta 13:00-a qədər atraksiyonların və karisellərin böyük bir hissəsi pulsuz olaraq uşaqların istifadəsinə veriləcək”.
N. Məcidov həmçinin “Son zəng” tədbirləri ilə əlaqədar olaraq bu gün Dənizkənarı Milli Parkda gücləndirilmiş iş rejiminə keçildiyini də qeyd edib.(ans)