Elçin Şıxlının qəzetləri bağlanır

Elçin Şıxlının qəzetləri bağlanır
  30 May 2014    Oxunub:1073
““Zerkalo” və “Ayna” qəzetlərinin fəaliyyətini dayandırmırıq, sadəcə dondururuq. Bu gün axırıncı nömrəni buraxırıq və ondan sonra qəzet çıxmayacaq”.
Bunu AzVision.az-a “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib.

Onun sözlərinə görə, qəzetin nəşrini dayandırmasına səbəb müəyyən maliyyə problemlərinin olmasıdır: “Xırda-xırda maliyyə problemləri çoxdan var idi. Bu problemlər isə günü-gündən böyük problemlərə çevrildi”.

E.Şıxlı Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşdüyünü də bildirdi: “Aramızda danışıqlar olub. Danışdıq, məsləhətləşdik. Düşünürəm ki, bu görüşün nəticəsi barədə danışmaq tezdir”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti