“Mən kiməm ki, məktəbliyə qadağa qoyum” – Lalə Məmmədova

“Mən kiməm ki, məktəbliyə qadağa qoyum” – Lalə Məmmədova
  31 May 2014    Oxunub:2206
“Mən başa düşə bilmirəm, şagirdlərə qadağa qoymaq nə deməkdir. O nə deməkdir ki? Bütün Azərbaycan məktəbləri “Məktəb illəri” mahnısı ilə açılır və bağlanır. Qadağa nə deməkdir?”.
Əməkdar artist Lalə Məmmədova AzVision.az-a “Məktəb illəri" ilə bağlı məzunlara heç bir qadağa qoymadığından danışıb.

“Kim oxuyur oxusun. Şagirdlərə bunu qadağan etmək olmaz axı. Amma həmin mahnının sözlərini dəyişmək düzgün deyil”.

Lalə Məmmədova bildirib ki, mahnıya yalnız onun bəstəkarı qadağa qoya bilər.

“Məktəblərdən birinin şagirdləri Son Zəng günü həmin mahnının sözlərini axmaq sözlərlə dəyişidirib ifa ediblər. Həmin ifanı da “youtube”a yerləşdirib. Bütün illər boyu bu mahnı məktəblərdə Son Zəng günü, ilk dərs günü səsləndirilir. Hansı normal bir insan məktəbliyə qadağa qoya bilər ki? Sadəcə olaraq, onu demək istəmişəm ki, hər şeyi ifrata çevirmək olmaz, parodiya etmək olmaz. O mahnı elə mahnıdır ki, onun sözlərinə gülməli sözlər yazmaq olmaz”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti