Millət vəkilləri AŞPA-nın iclasında çıxış edəcək

Deputat Rafael Hüseynov iyunun 4-də keçiriləcək Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasına qatılacaq, “Etiqad azadlığı və dini praktika” mövzusunda məruzə ilə çıxış edəcək. Yığıncaqda həmçinin mədəniyyətlərarası dialoqun təşviqi, qarışıq mədəniyyətlər dönəmində kitabxanalar və muzeylər, böhran və böhrandan sonrakı durumlarda mədəniyyətin mühafizəsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.