Kriminal xronika: 11 nəfər tutuldu

Kriminal xronika: 11 nəfər tutuldu
  31 May 2014    Oxunub:1114
Daxili İşlər Nazirliyi ötən gün baş verən hadisələrin kriminal xronikasını açıqlayıb.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki,
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 53 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 29 nəfər tutulub. avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib.



Teqlər:





Xəbər lenti