`Hepatit B`-nin pulsuz müayinəsi başladı

`Hepatit B`-nin pulsuz müayinəsi başladı
  31 May 2014    Oxunub:1104
İyunun 1-dən etibarən Respublika Diaqnostika Mərkəzində bir ay ərzində hepatit B virusunun vaxtında aşkarlanması məqsədi ilə əhali üçün pulsuz laborator analizlər təşkil olunacaq.
Bu barədə Respublika Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev jurnalistlərə müsahibəsində məlumat verib.

Baş həkim bildirib ki, bu, çox vacib tədbirdir. Dünyada yüz milyonlarla insan bu xəstəliyə yoluxub.

Bu xəstəliyə qarşı vaxtında görülən profilaktik tədbirlər, düzgün diaqnozun qoyulması ümumi xəstəliyin müalicəsində böyük rol oynayır.

R.Ağayev bildirib ki, müayinələr zamanı hər hansı şəxsdə hepatit virusu aşkarlanarsa, mütəxəssislər tərəfindən lazımi konsultasiyalar keçiriləcək.

Mərkəzdə virusa qarşı vaksinasiya aparılacaq ki, bu da yarım il ərzində həmin şəxsi hepatit B-dən azad edəcək.(Azərtac)


Teqlər:  





Xəbər lenti