Hərbçilərimiz Almaniyada kurs keçəcəklər

İyunun 13-dək Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən Predeal şəhərində (Rumıniya) Axtarış və xilas etmə kursu, Budapeşt şəhərində (Macarıstan) Qərargah zabitləri üçün hərbi terminologiya kursu, Kielce şəhərində (Polşa) "NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu olacaq.
Ayın 20-dək isə Szolnok şəhərində (Macarıstan) "27-ci Beynəlxalq hərbi müşahidəçi" kursu və Qarmiş- Partenkirxen şəhərində (Almaniya) Dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.
Nazirlikdən eyni zamanda bildiriblər ki, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən iyunun 2-dən 4-dək Gürcüstan Silahlı Qüvvələrinin Hərbi Polis Departamentinin rəisinin Bakı şəhərinə səfəri də gözlənilir.
Teqlər: