Aqşin Yenisey: “Heç bir ağrım yoxdur”

Aqşin Yenisey: “Heç bir ağrım yoxdur”
  01 İyun 2014    Oxunub:1461
Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranmış şair-publisist Aqşin Yenisey hazırda Gömrük Hospitalında dövlət hesabına müalicə alır.

AzVision.az Müsavat.com-a istinadən xəbər verir ki, yanına gələn ziyarətçilərin onunla görüşməsinə izn verilib-verilməməsini xəbər aldıqda isə bildirdi ki, ancaq 5 dəqiqəlik icazə var:

“Axşam saat 6-dan 9-a qədər görüşmək olar. O da gələnləri iki nəfərinə icazə verirlər ki, 5 dəqiqəlik məni görsünlər. Daha sonra onlar gedir, digər iki nəfər gəlir. Onu da deyim ki, kimsə gələndə evindən nəsə gətirməsin. Kim nə gətirmişdi, hamsını qardaşıma verdilər ki, evinə apar, hər şeyimiz var”. Qaraciyər serrozu və sarılıq xəstəliyi diaqnozu qoyulan şairin hazırkı durumu ilə maraqlanmaq üçün onunla telefon əlaqəsi yaratdıq.

Səhhətinin irəliyə doğru getdiyini deyən, A.Yenisey hazırda sistem aldığını bildirdi:

“Yuxudan indi qalxmışam, sistem köçürdürlər. Elə həkimlərin özləri də vəziyyətimə baxırlar. Müalicə davam edir, heç bir ağrım yoxdur”. Gömrük Hospitalından öncə 1 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə almış, şair burdakı durumdan razı olduğunu dedi:

Həyat yoldaşı Turanə Rəsulovanın yaxın zamanda, rəsmi sənəd işlərini yekunlaşdırıb yeni doğulmuş oğyulları İgidayla birgə Bakıya gələcəklərini bildirdik də isə bu duruma çox sevindiyini dedi.

Biz də öz növbəmizdə şairə Allahdan şəfa diləyirik.


Teqlər:  





Xəbər lenti