Yasamalda mənzildə yanğın olub

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın vətəndaşa məxsus üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzildə baş verib.
Nəticədə 2 otağın və dəhlizin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az
Teqlər: