NYT: “Tramp Ukraynanı “piyada” sayır”

“Tramp Rusiya ilə müharibədən qaçmaq istəyir. Onun üçün Amerika Rusiyanın hücuma cəsarət etməyəcəyi böyük gücdür, Ukrayna isə qurban verilə biləcək bir piyadadır. Trampa görə, önəmli məqam ölkənin pulu və ya ideologiyası deyil, onun nə qədər güclü olmasıdır. Amerika lideri guya “zəiflərə hakim olmağa və güclülərə hörmət etməyə” inanır. Tarixin özü qədər qədim olan bu strategiya realzim adlanır”, - jurnalist xanım vurğulayıb.
Jurnalist onu da bildirib ki, hazırkı administrasiyada iki məsələ ilə bağlı təsəvvür yaranıb: liberal dünya nizamının yalnız Amerikanın hərbi gücü sayəsində mümkün olması və ABŞ sakinlərinin artıq başqalarının hesabını ödəmək istəməməsi.
Qeyd edək ki, martın 3-də Tramp “Truth Social” sosial şəbəkəsində Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynada müharibənin sona çatmasının hələ çox uzaqda olduğu barədə sözlərini xatırladaraq, Amerikanın daha buna dözməyəcəyini vurğulayıb.
Səhəri günü Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırdığı məlum oldu. İki gün əvvəl ABŞ Konqresinin hər iki palatası qarşısında çıxışı zamanı isə Donlad Tramp Zelenskidən Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara hazır olması barədə mesaj aldığını deyib.
Onun dediyinə görə, Zelenski ABŞ ilə Ukraynanın mineral ehtiyatlarının hasilatı barədə istənilən vaxt müqavilə imzalamağa hazır olduğunu bildirib. Vaşinqton Kiyevin danışıqlara hazır olmasını silah tədarükünün bərpası ehtimalı ilə əlaqələndirib.
Sahil İsgəndərov
AzVision.az