Şeyx Brüsseldə Ermənistanın nifrət çağırışlarını pislədi

Şeyx Brüsseldə Ermənistanın nifrət çağırışlarını pislədi
  07 Mart 2025    Oxunub:1006
Brüsseldə ‘’İslam dünyası 2025-ci il Avropada və Belçika Krallığında’’ mövzusunda keçirilən beynəlxalq dinlərarası konfrans çərçivəsində Avropa İnkişaf və Araşdırma Mərkəzinin Avropa Mətbuat Mərkəzində ‘’Qarşılıqlı anlaşma və dialoqun təşviqi – Multikulturualizm modeli bizim müasir mədəniyyətin qaydası kimi – multikulturualizmin konstruktiv dialoqda vacibliyi’’ mövzusunda panel müzakirə təşkil olunub.
Panel müzakirənin moderatoru, Avropa İnkişaf və Araşdırma Mərkəzinin təsisçisi və icraçı direktoru Brahim Laytoss müzakirə edilən mövzunun əhəmiyyətində danışıb. Paneldə geniş məruzə ilə çıxış edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə İslam dininin zənginliyindən və müxtəlifliyindən, Azərbaycanda dinlərarası dialoqun vəziyyəti, bu istiqamətdə Azərbaycan dövlətinin gördüyü tədbirlərdən söz açıb. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın dialoq, multikulturualizm sahəsində həyata keçirdikləri böyük işlərdən də danışdı.

Bütün Qafqazın Şeyxi öz çıxışında xüsusi olaraq Ermənistanın işğalçı siyasətinə, bu gün də davam edən nifrət çağırışlarına toxunub və bunun dinlərarası dialoqda yolverilməz olduğunu qeyd edib.

Rəvan Həsənov isə Azərbaycanın multikuıturualizm modelindən, mədəniyyətlərarası, dinlərarası və millətlərası münasibətlərdə dünya üçün mühüm əhəmiyyət kəsb edən Bakı prosesindən danışıb.

Panel müzakirədə eyni zamanda Milli Məclisin deputatı Qüdrət Həsənquliyev çıxış edərək ölkəmizin Azərbaycanda dövlət din modelinin xüsusiyyətlərindən bəhs edib.

Panel müzakirədə həmçinin iştirakçılara suallar ünvanlanıb.

İkinci panel müzakirə akademik dünya və dini liderlər mövzusuna həsr olunub. Panel müzakirədə, Antverpendə fəaliyyət göstərən Müqayisəli Dinşünaslıq Fakültəsinin sədri Erik Dralans, Belçikada fəaliyyət gəstərən Roma Katolik kilsəsinin keşişi Bert Verhaegen, Avropa İnkişaf və araşdırma Mərkəzinin nümayəndəsi, araşdırmaçı Vim Van Laere, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Prefekti Vladimir Fekete, Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-Udin icmasının rəhbəri Robert Mobili çıxış etdilər.

Qalereya




Teqlər: Brüssel  





Xəbər lenti