Azərbaycanda rəis qəzaya düşdü

Azərbaycanda rəis qəzaya düşdü
  26 May 2014    Oxunub:1071
Bakıda yüksək vəzifəli hərbçi qəza törədib.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin laboratoriya rəisi, kapitan Anar Mehman oğlu Rəhimov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı maneəyə vurub. Nəticədə hərbçi ağır xəsarətlərlə hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti