Nəticələr yaxın günlərdə AÇIQLANACAQ

Komissiyadan verilən məlumata görə, hazırda imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Eyni zamanda, yazı işlərinin yoxlanılmasına başlanılıb. Bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.
Qeyd edək ki, 2014-2015-ci tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmalar və digər zəruri məlumatlar "Magistr" jurnalının 4-cü sayında dərc olunub.