İlham Əliyev Davudoğlu ilə Ukraynanı müzakirə etdi

İlham Əliyev Davudoğlu ilə Ukraynanı müzakirə etdi
  26 May 2014    Oxunub:975
Prezident İlham Əliyev ölkəmizdə səfədə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb

AzVision.az-ın məlumatına görə, görüşdə İlham Əliyev və Əhməd Davudoğlu Azərbaycan-Türkiyə əlaqələri, regional problemlər və Ukraynadakı böhranı müzakirə ediblər.

Görüş zamanı Azərbaycanın türk coğrafiyasının mərkəzi olduğunu deyən Davudoğlu, Türkiyə, Azərbaycan və Türkmənistan arasında baş tutacaq iclasın ilk dəfə keçirildiyini və üçtərəfli zirvə görüşünün gələcəkdə genişləndirilərək davam etdiriləcəyini qeyd edib.

İlham Əliyev isə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün iki ölkə arasındakı məsləhətləşmələrin daha sıx xarakter daşımasının vacibliyini vurğulayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti