Kriminal xronika- 59 cinayət faktı

Kriminal xronika- 59 cinayət faktı
  26 May 2014    Oxunub:1012
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliynin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb;

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilıb;

Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.


AzVision.az


Teqlər:





Xəbər lenti