Yas yerində Leyla Yunus şousu – VİDEO

Yas yerində Leyla Yunus şousu – VİDEO
  26 May 2014    Oxunub:1266
`Bura yas yeridir...` - Rauf Mirqədirov özü belə deyir, ona atasının yasına gəlməyə icazə verdiyi üçün Prokurorluğa təşəkkür edir, özünə qarşı heç bir təzyiqin olmadığını deyir və nöqtə qoyur. Əvəzində isə kim başlasa yaxşıdır? Leyla Yunus!

Bu qadın yas yerində elə bir həyəsızlıq edir ki, sanki mitinqə çıxıb, məqsədi də polisi təxribata sürükləməkdir. Düzdür, zatən onun başqa məqsədi yoxdur, amma bunu hər halda, yas yerində eləməmək olardı... Bura insanlar hüznlə gəliblər, mərhumun yaxınlarına təsəlli vermək istəyirlər. Ora iyrənc siyasi şouların yeri deyil.

Amma deyəsən, Leyla Yunus üçün məkan fərqi yoxdur, onun ancaq bir prinsipi var: `Show must go on...` Həm də nə qədər absurd və axmaq şoudursa, bir o qədər yaxşıdır. Məsələn, Leyla Yunusun dediyi fikrə baxın: `Mirqədirovun atasını onlar öldürüblər`. Bir az da qabağa getsə, yəqin, iddia edəcək ki, Əzrayıl da hakimiyyətə `işləyir`. Əvvəlki cümləyə görə üzr istəyirik və daha satiranı davam etdirməyəcəyik, çünki hər halda, söhbət hüzr yerindən gedir, Azərbaycanda isə yas mövzusunda davranışın öz normaları var. Leyla Yunus üçün yad normalar olsa belə...

Daha sonra Leyla Yunus qışqıra-qışqıra tələb edir ki, Mirqədirov təcili buraxılmalıdır, yoxsa... yoxsa anası da dünyasını dəyişə bilər... Yenə də üzr istəyirik, çünki bu da yazılası bir söz deyildi, amma bu mənəviyyatsız qadının yas yerində çıxardığı oyunu təsvir etmək üçün buna məcburuq. Bir insanın atasının yas mərasimində heç belə söz deyərlərmi? Rauf Mirqədirovun özü Prokurorluğa təşəkkür edir və artıq heç nə söyləmir. Leyla Yunus isə səsini başına ataraq, həmişəki ləçərliyi ilə iddia edir ki, onun atasının ölümündə hakimiyyət günahkardır, üstəlik, anası da dünyasını dəyişə bilər və bunda da hakimiyyət günahkar olacaq. Bəyəm Mirqədirovun valideynləri Leyla Yunusa daha əzizdir? Əlbəttə yox; sadəcə o, hətta kiminsə ölümündən belə, hakimiyyətə qarşı istifadə edəcək qədər mənəviyyatsızdır.

Bir insan hakimiyyəti sevməyə, mübarizə apara, hətta hansısa səbəbdən - məsələn, ermənilərlə qohumluq kimi,- bəlkə nifrət də edə bilər. Mübarizəsində və nifrətində bəlkə hansısa sərhədləri keçə də bilər. Amma Leyla Yunusun bu etdikləri artıq bütün sərhədləri aşmaqdır. Ya bu məxluqun özünün qabiliyyəti çatsın, ya da kimsə onu başa salsın ki, bu dərəcədə ağını çıxarmaq olmaz.

Tariyel Həsənov
AzVision.az





Teqlər:  





Xəbər lenti