Xoşqədəm Suriyadan mesaj yazdı - YENİLƏNİB

Atəşdən sonra əməkdaşzlar maşından qaçıb çıxmağa müvəffəq olublar. Bundan sonra avtomaşın partlayıb. Hazırda Xoşqədəm Hidayətqızı ilə telefon əlaqəsi kəsilib.
Aparıcının ayağından xəsarət aldığı bildirilir.
***
AzVision.az hadisə ilə bağlı ATV kanalının sözçüsü Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O bu xəbəri təsdiq edib və bildirib ki, hadisədən sonra aparıcı və onun köməkçiləri ilə əlaqə saxlaya bilmirlər.
V.Aydınoğlunun sözlərinə görə, X.Hidayətqızının vəziyyəti ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur.
***
Suriyada hücuma məruz qalan jurnalist Xoşqədəm Hidayətqızından nəhayət xəbər gəlib. AzVision.az xəbər verir ki, jurnalist rəhbəri olduğu `Üç nöqtə` qəzetinin redaktoru Elməddin Muradlıya mesaj yazaraq sağ-salamat olduğunu bildirib.
AzVision.az