Rüşvətxor JEK rəisi və direktor həbs edildi

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, belə ki, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Bəşir Bəşirov “Ekspress servis” MMC-nin direktoru Rövşən Muradovla əlbir olub Bakı şəhər sakininə məxsus mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsi müqabilində vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə ondan qeyd edilən cəmiyyətin ofisində 2.000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.
Baxış zamanı B.Bəşirovun üzərindən daha 2.500 manat məbləğində pul aşkar edilərək götürülüb.
B.Bəşirov və R.Muradov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
AzVision.az