Prokurorluqda işləmək istəyənlərin nəzərinə!

Namizədlər yalnız “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. Yazılı imtahana buraxılmış namizədlər 2-3 iyun 2014-cü il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Yazılı imtahana buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilir. İmtahanla bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62 və 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.