Elmar Məmmədyarov: “Çox işlər görülməlidir”

Elmar Məmmədyarov:  “Çox işlər görülməlidir”
  23 May 2014    Oxunub:1274
“Dağlıq Qarabağ münaqişəsi bütün regionun dayanıqlı inkişafına mənfi təsir göstərir”.
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda AŞPA Daimi Komitəsinin iclasında bildirib.

O, vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və münaqişə də bu qətnamələr əsasında həll olunmalıdır:

“BMT-nin elə qətnamələri var ki, qəbul edildiyi gün icra olunmağa başlayır. Təəssüf ki, BMT-nin Dağlıq Qarabağa aid qətnamələri artıq 20 ildir ki, yerinə yetirilmir. İkili standratlar mövcuddur. BMT qətnamələri gec-tez icra olunacaq, Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılacaq”.

Xarici işlər nazirinin sözlərinə görə, Azərbaycanda insan hüquqları ilə bağlı daha çox işlər görülməlidir:

“İnsanlarımız fəlsəfəsini, düşüncəsini dəyişməlidir. İnsanlar bir-birinə ehtimad etməlidir. Ən böyük təhdid Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olmasıdır. İlk iş Ermənistan qoşunları Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılması olmalıdır”.


Teqlər:  





Xəbər lenti