Bayru: “Tramp düşmənlərin cəbhəsinə keçib”

“Bizim düşmənlərimizin düşərgəsinə qoşulmağa qərar verən birisi müttəfiqdirmi? Trampın hərəkətləri dünya nizamının məhvinə gətirib çıxarır. ABŞ isə düşmən deyil, daha çox qeyri-sabitlik mənbəyidir”, - Fransa XİN-in rəhbəri deyib.
Bayrunun sözlərinə görə, Tramp “müttəfiqlərini düşmənə çevirir” və İkinci Dünya müharibəsindən bəri mövcud olan ittifaqları yenidən formalaşdırmaqla qlobal gərginliyi artırır.
- Trampla razılaşdığım yeganə şey odur ki, Avropa təkbaşına özünü müdafiə etməli olacaq”, - Farnsua Bayru etiraf edib.
O, həmçinin ABŞ-nin planlaşdırdığı tariflərdən narahatlığını açqıalyaraq, Trampın Avropaya ticarət müharibəsi elan etdiyini söyləyib. Bu isə, onun fikrincə, Fransa iqtisadiyyatı üçün problemlərə yol açacaq.
Sahil İsgəndərov
AzVision.az