"ABŞ Ukraynanı şantaj edib" - WSJ

   "ABŞ Ukraynanı şantaj edib" -    WSJ
  07 Mart 2025    Oxunub:940
Kiyev faydalı qazıntılar üzrə sövdələşmədən imtina edəcəyi halda, ABŞ Ukraynanı məmurlar arasında korrupsiya faktlarını açıqlayacağı ilə hədələyib.
AzVision.az xəbər verir ki, “The Washington Post (WSJ)” qəzetinin yazdığına görə, təzyiq vasitəsi kimi amerikalılar məmurlar arasında iddia olunan korrupsiya hallarını aşkar etməklə hədə-qorxu gəliblər.

“Mənə dedilər ki, Ağ Ev hətta Zelenskinin əsas siyasi rəqibi general Valeri Zalujnı ilə də əlaqə saxlayıb”, – qəzetin köşə yazarı Devid İqnatius iddia edir.

WP: “Ukrayna ordusunun mövqelərini itirməsi riski var”
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evə səfərinə qədər ABŞ administrasiyasının “şüarı” “imzala, imzala, imzala” sözləri olub.

Qeyd edək ki, Devid İqnatius, həmçinin Ukrayna ordusunun qarşıdakı yaxın 6 ayda öz mövqelərini itirmək riski ilə üzləşdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   şantaj  





Xəbər lenti