“Qorxuram ki, problem yaranar” - Məleykə Abbaszadə

Komissiya sədri onu da vurğulayıb ki, bu imtahanlarda təkcə test sualları yox, bəzi proqramlarda yazı işləri də olacaq. “Yazı işlərinin yoxlanması iki gün vaxt aparacaq. Bu müddət ərzində nəticələr elan olunduqdan sonra onlar öz ixtisasını seçəcək. Onlar hazırda proqram seçib və bu proqramların tərkibində müxtəlif ixtisaslar var. Bakalavrlar onlardan birini seçməlidir. Onları müvafiq ali məktəblərdə yerləşdirmək üçün bakalavrlar ərizələrində ixtisas seçimini qeyd etməlidir”.
Fatimə Kərimli