İstirahət mərkəzinin sahibi qəzadan danışdı

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Qobustan rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırma aparılır.
“Cənnət bağı” istirahət mərkəzinin sahibi Naina Bakaldina bildirib ki, elektrokarı Aytən Əzizova idarə edirmiş. “Aytən Əzizova dairəvi yolda idarəetməni itirib və elektrokar aşıb. Hadisənin baş verməsində otelimizin heç bir günahı yoxdur”, - deyə bildirib.
Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişmiş 10 yaşlı Qorcu Dəniz tanınmış rejissor Tərlan Qorçunun qızıdır.