Daha bir ana və uşaq ölümü

AzVision.az-ın RTV-yə istinadən verdiyi məlumata görə, Quba rayonu Nügədi kənd sakini Qızxanım Qayıbova qeysəriyyə əməliyyatına hazırlıq ərəfəsində qəfil dünyasını dəyişib.
Qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı tibb müəssisəsindən ətraflı məlumat verilmir.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırmalara başlanılıb.