Venesuela ilə konsulluq məsləhətləşmələri aparılıb

Görüşdə Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez iştirak ediblər.
Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda, məsləhətləşmələr çərçivəsində rəqəmsal konsulluq xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, ölkələrimiz arasında miqrasiya, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
AzVision.az
Teqlər: Azərbaycan Venesuela