Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib
  07 Mart 2025    Oxunub:831
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər: Azərbaycan   Səudiyyə-Ərəbistanı  





Xəbər lenti