Kriminal xronika: 14 nəfər tutuldu

Kriminal xronika: 14 nəfər tutuldu
  23 May 2014    Oxunub:895
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların da 43-ü “isti izlər”lə açılıb.

AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən ötən günün kriminal xronikasını təqdim edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb;

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib;

Cinayət törətdiklərinə görə 47 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti