WP: “Ukrayna ordusunun mövqelərini itirməsi riski var”

      WP:    “Ukrayna ordusunun mövqelərini itirməsi riski var”
  07 Mart 2025    Oxunub:818
Ukraynanın silahlı qüvvələri (USQ) tükənib və ölkəyə təcili atəşkəs lazımdır.
AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” qəzetinin şərhçisi Devid İqnatiusun yazdığına görə, vəziyyət dəyişməsə, Ukrayna qüvvələri yaxın altı ay ərzində mövqelərini itirməyə başlaya bilər.

“Volodimir Zelenski Donald Trampın təzyiqinə qarşı kükrədi, lakin onun təcili olaraq atəşkəsə ehtiyacı var. Onun qüvvələri yorulub, tükənib və növbəti altı ay ərzində uğursuzluğa düçar ola bilər”, - İqnatius vurğulayır.

Xatırladaq ki, fevral ayının son günündə Volodimir Zelenskinin Ağ Evdə Donald Trampla görüşü zamanı onlar arasında mübahisə baş verib. Tramp Zelenskinin ABŞ-yə qarşı hörmətsiz münasibətinə diqqət çəkib. Amerikanın vitse-prezidenti Cey Di Vens isə bildirib ki, Zelenski Kiyevi dəstəklədiyi üçün Vaşinqtona təşəkkür etməyi unudub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   mövqelər   itirmək  





Xəbər lenti