Daha 2 deputat Somaya pul verdi

Daha 2 deputat Somaya pul verdi
  22 May 2014    Oxunub:971
Milli Məclisin daha 2 deputatı Somada baş verən faciə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı aksiyaya qoşulub.
AzVision.az-ın əldə etdiyi məlumata görə, millət vəkili Aydın Mirzəzadə və Gövhər Baxşəliyeva hərəsi 200 manat yardım fonduna vəsait köçürüb.

Somaya pul ayıran digər deputatların siyahısını təqdim edirik:

Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov 500 AZN, Eldar Quliyev 1000 AZN, Azay Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN, Qənirə Paşayeva 1200 AZN, Adil Əliyev 780 AZN (1000 dollar), YAP-ın Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov 78 AZN (100 dollar) və Milli Məclisin digər üzvü Malik Həsənov, 1000 AZN (1275 dollar) Fazil Mustafa 156 AZN (200 dollar), Ağacan Əbiyev isə 500 AZN (637 dollar), Nəriman Əliyev 1000 AZN (1275 dollar), Musa Qasımlı 150 AZN, Cavanşir Feyziyev 1000 AZN, Çingiz Qənizadə 100 AZN, Xanhüseyn Kazımlı 500 AZN (637 dollar), Tibb Universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov 780 AZN (1000 ABŞ dolları) məbləğində Somaya yardım ediblər.

Qeyd edək ki, hazırkı məlumata görə, kampaniya çərçivəsində 17051 AZN (21731 ABŞ dolları) vəsait yığılıb.

Cəmiyyətdən bildiriblər ki, bu vəsaitin 13000 ABŞ dollarını/10197 AZN-i Türk Kızılayının Zıraat Bankındakı müvafiq hesabına köçürülüb.

Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Anar RÜSTƏMOV
AzVision.az



Teqlər:  





Xəbər lenti