Tramp Tokioya da xəbərdarlıq ünvanladı - VİDEO

   Tramp Tokioya da xəbərdarlıq ünvanladı  - VİDEO
  07 Mart 2025    Oxunub:784
ABŞ prezidenti Donald Tramp Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsindən yenidən narazılığını ifadə edib.
AzVision.az xəbər verir ki, Amerika lideri ABŞ-nin NATO üzvləri ilə münasibətlərini müzakirə edərkən belə narazılıq sərgiləyib.

“Biz Yaponiyanı müdafiə etməliyik, lakin onlar heç bir halda bizi müdafiə etməməlidirlər. Yaponiya iqtisadi rifahını bu alyansa borcludur. Mən Yaponiyanı sevirəm. Bizim Yaponiya ilə əla münasibətlərimiz var”, - Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.

Yaponiya-ABŞ Təhlükəsizlik Müqaviləsi ilə bağlı isə Tramp sarkastik şəkildə “Bu, maraqlı razılaşmadır” “Kim belə bir razılaşma imzalaya bilərdi?” ifadələrini işlədib.

Yaponiya-ABŞ Təhlükəsizlik Müqaviləsi Vaşinqtonun üzərinə Yaponiyanı müdafiə etmək, Yaponiyanın isə Ameriaknın hərbi bazalarını öz ərazisində yerləşdirmək öhdəliklərini ehtiva edir. Yaponiya kollektiv özünümüdafiənin həyata keçirilməsini dəstəkləməklə və təhlükəsizlik qanunvericiliyini qəbul etməklə ittifaqı gücləndirmək üçün çalışıb. Lakin Donald Tramp hələ ilk prezidentliyi dövründən ittifaqın “birtərəfli xarakterindən” narazılığını bildirib.

Bununla belə, ABŞ prezidenti fevralın 7-də Yaponiyanın baş naziri Siqeru İsiba ilə görüşdən sonra keçirilən mətbuat konfransında “Yaponiyanın müdafiəsi üçün tam məsuliyyəti Birləşmiş Ştatlar daşıyacağına” söz verib.




Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Tokio   xəbərdarlıq  





Xəbər lenti