The Telegraf: “Ukraynada müharibə Putin üçün fəlakət oldu”

“Rusiya təbliğatı Tramp administrasiyasının siyasətinin avropalılarda yaratdığı narahatlığı ələ salmaqla diqqəti Rusiyaya artan təzyiqdən yayındırmağa çalışır. Lakin bütün iddialara baxmayaraq, Kreml Trampın Ağ Evə qayıtmasının Rusiya ordusunu və iqtisadiyyatını məhv edən müharibənin sona çatmasına səbəb olacağına ümidlidir”, - Kon Koflin yazır.
Koflin bildirir ki, Ukrayna ilə genişmiqyaslı müharibədə ruslar arasında gözlənilən ölü və yaralıların sayı 850 min nəfərə çatır. İşğal həm də Rusiya iqtisadiyyatına böyük təsir göstərir, faiz dərəcələri 21% səviyyəsindədir və müharibə üçün vəsait azalır.
Onun fikrincə, məhz buna görə də, Putin Trampın sülh təşəbbüslərinə qoşulmağa hazırdır və bunu münaqişəni sona çatdırmaq üçün bir şans kimi görür.
- Moskvanın Ukrayna ilə bağlı mümkün danışıqlarda Qərbə təzyiq etmək üçün demək olar ki, heç nəyi yoxdur. Kreml tərəfindən təhlükə kimi qəbul edilən Qərb sülhməramlılarının Ukrayna ərazisinə yerləşdirilməsi ehtimalı, xüsusən də onun “Rusiya sərhədlərini” qorumaq ambisiyalarını nəzərə alındıqda, Putin üçün real təhlükə kimi görünür”, - məqalənin müəllifi vurğulayır.
Kon Koflin həmçinin bildirir ki, Avropanın sülh sazişlərini müdafiə etmək üçün Ukraynaya qoşun göndərməyə hazır olduğunu təsdiqləyən Fransa prezidenti Emmanuel Makronun bəyanatlarından sonra Putin açıq-aşkar narahatlıq sərgiləyib. Müəllif hesab edir ki, Tramp sülh danışıqlarına güc mövqeyindən girməli deyil, sadəcə, Putinin indi zəif mövqedən çıxış etdiyini başa düşməlidir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Purin müharibə fəlakət