2025-ci ilin fevralı ən isti aylardan biri olub

2025-ci ilin fevralı ən isti aylardan biri olub
  07 Mart 2025    Oxunub:616
Bu ilin fevral ayı La-Nina iqlim fenomeninin soyuducu təsirinə baxmayaraq müşahidələr tarixində üçüncü ən isti ay olub.
Avropa İqlim Xidməti bildirib ki, nəticədə dəniz buzlaqları minimuma çatıb və 1978-ci ildən bəri peyk müşahidələri tarixində heç vaxt onun sahəsi bu qədər kiçik olmayıb. Şimal rayonlarında xüsusilə yüksək temperatur qeydə alınıb, bəzi yerlərdə 1990-2020-ci illərin orta səviyyəsindən kənarlaşma 6-7 dərəcə Selsi təşkil edib. Okeanların istiləşməsi də buz örtüyünün əriməsinə töhfə verməkdə davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti