Sabahdan hava isinəcək

Sabahdan hava isinəcək
  14 May 2014    Oxunub:1265
Sabah Bakıda şimal küləyi mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək.
AzVision.az-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti