Bakı COP30 brifinqində iqlimlə bağlı öhdəliyini bir daha təsdiqləyib

 Bakı COP30 brifinqində iqlimlə bağlı öhdəliyini bir daha təsdiqləyib
  07 Mart 2025    Oxunub:943
Azərbaycan ötən gün Braziliyada keçirilən COP30 brifinqində qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha təsdiqləyib.
Bu barədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “X”dəki rəsmi hesabında bildirilib.

Qeyd olunur ki, Azərbaycanda keçirilmiş COP29 iqlim fəaliyyətinin irəliləyişində dönüş nöqtəsi oldu: “Biz Bakıda başlanmış Fəaliyyət Proqramı təşəbbüslərinə əsaslanaraq COP-dan COP-a əməkdaşlığı gücləndirmək, davamlılıq və uyğunluğu təmin etmək məqsədi daşıyırıq.

Belemdə COP30-a doğru irəliləyərkən, bizi bu günə qədər gətirən kollektiv səylərə hörmətlə yanaşırıq və bu kritik məqamda iqlim danışıqlarının növbəti mərhələsinə rəhbərlik üçün Braziliya rəhbərliyini dəstəkləməyə hazırıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti