Bloomberg: “Vens Avropa üçün yeni təhlükədir”

      Bloomberg:    “Vens Avropa üçün yeni təhlükədir”
  07 Mart 2025    Oxunub:950
Donald Trampın hakimiyyətə qayıdışı artıq Avropa hökumətlərini növbəti dörd il ərzində transatlantik alyansı necə qoruyub saxlamağı düşünməyə vadar edib.
AzVision.az xəbər verir ki, amma “Bloomberg” agentliyinin iddiasına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonla ziddiyyətin geri dönməz ola biləcəyi narahatlığını daha da gücləndirir.

“Vens fevral ayında Münhen Təhlükəsizlik konfransında etdiyi çıxışdan sonra tez bir zamanda Avropa rəsmiləri üçün əsas problemli fiqura çevrildi. Bu çıxış onun “Trampdan daha təhlükəli anti-Avropa siyasətçisi” imicini möhkəmləndirib”, - Qərbi Avropa diplomatlarından biri deyib.

Politico: “Tramp Aİ-ni dağıtmaq istəyir”
Xatırladaq ki, fevralın 14-də Cey Di Vens Avropa İttifaqını (Aİ) senzuraya, o cümlədən sosial şəbəkələrin bloklanmasına görə tənqid edərək, Avropanın “ABŞ üçün faydasız” olduğunu, öz seçicilərindən qorxduğunu və məntiqli qərarlar üçün demokratik mandata ehtiyac duyduğunu vurğulayıb.

Fevralın 16-da isə Münhen Təhlükəsizlik konfransının rəhbəri Kristof Hoysqen forumun nəticələrini “Avropanın kabusu” adlandırıb. Onun sözlərinə görə, Vensin çıxışı ABŞ və Avropanın artıq ortaq dəyərləri paylaşmadığını nümayiş etdirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Vens   Avropa   təhlükə  





Xəbər lenti